Həmin ərəfədə telefonunu tamamilə söndürür
Milli Basketbol Assosiasiyasının (NBA) dördqat çempionu Lebron Ceyms pley-off mərhələsində oyunlara necə kökləndiyi haqda danışıb.
Aut.az xəbər verir ki, Lebron diqqətini cəmləmək üçün telefonunu söndürdüyünü bildirib.
“Bütün pley-off mərhələləri ərzində telefonumu tamamilə söndürürəm. Əgər yaxınlarım mənimlə əlaqə saxlamaq istəyirlərsə, Rendi Mims hər gün yanımda olur.
Maverik də tez-tez yanımda olur. Əgər yaxınlarım mənimlə əlaqə saxlamaq istəyirlərsə, onlara zəng edə və təcili vəziyyət yaranarsa, yanıma gələ bilərlər. Əks halda, iki ay yarım ərzində heç kim mənimlə əlaqə saxlaya bilməz”, – deyə “Hoopshype” Ceymsin sözlərini sitat gətirib.
Aut.az
