Quşa görə oyun dayandırıldı
ABŞ-ın Kaliforniya ştatının Santa Barbara şəhərindəki Loyola Marymount Universiteti ilə Kaliforniya Universiteti arasında keçirilən beysbol oyunu gözlənilmədən quş tərəfindən yarımçıq dayandırılıb.
Aut.az xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.
Mənbənin yazdığına görə, stadionun qoruyucu toruna bir qutanın dimdiyi dolaşıb. Azarkeşlərin köməyi ilə quş azad edilib. Lakin bundan sonra pelikan birbaşa meydançaya enib və uzun müddət oranı tərk etmək istəməyib.
Oyunu davam etdirmək mümkün olmadığundan qarşılaşma müvəqqəti dayandırılıb. Bir neçə dəqiqədən sonra quş tutulub və təhlükəsiz yerə aparılıb, ardınca matç bərpa olunub.
Aut.az
