Türkiyə

Mourinyodan sonra Tedesko kral kimidir – Kabze nəyə işarə edir?

“Rubin”in keçmiş futbolçusu Hasan Kabzə Domeniko Tedeskonun “Fənərbaxça”dakı işini yüksək qiymətləndirib .

Aut.az xəbər verir ki, Hasan bu barədə Rusiya mətbuatına danışıb:

“Tedesco Türkiyədə yaxşı iş görür. O, heç vaxt hakim qərarları barədə danışmır, “Qalatasaray” və ya “Beşiktaş”dan heç vaxt bəhs etmir. O, öz işini görür və yalnız “Fənərbaxça”nı çempion etməyə diqqət yetirir.

Mourinyodan sonra Tedesko kral kimidir. Çünki Domeniko edilməli olanı edir. Mourinyo fərqli səviyyədədir, problemlər, dram yaradır. Amma mən ona hörmət edirəm, əlbəttə ki, əvvəllər yaxşı məşqçi idi”.

Aut.az