“Bavariya”nın ulduzu seçim qarşısında: İtaliya, yoxsa İngiltərə nəhəngləri?
“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska eyni vaxtda üç İtaliya nəhənginin – “İnter”, “Milan” və “Yuventus”un maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, A Seriyasının aparıcı klubları 31 yaşlı alman futbolçunu gələn yay azad agent statusu alacağı halda heyətə qatmaq variantını nəzərdən keçirirlər. Futbolçunun özü isə İtaliyadan gələn təklifə tələsmir. Qoretska yalnız İngiltərə Premyer Liqasından olan klublarla razılıq əldə edə bilməyəcəyi təqdirdə Apenin variantını ciddi şəkildə dəyərləndirməyi planlaşdırır.
Oyunçu uğrunda mübarizədə əsas favorit “Arsenal” hesab olunur. “Topçular” qış transfer pəncərəsində də fəallıq göstərmişdilər, lakin Leon həmin vaxt Münhendə qalaraq müqaviləsini sonadək yerinə yetirmək qərarı veriv.
“Tottenhem” də yarımmüdafiəçi ilə maraqlanır. Bununla belə, Qoretska yalnız Çempionlar Liqasında çıxış edən komandaya keçmək niyyətindədir və bu baxımdan “Arsenal” variantı ona daha cəlbedici görünür.
Cari Bundesliqa mövsümündə alman futbolçu 21 oyunda iştirak edib və 2 qol vurub.
Aut.az
