Yamal het-trik etdi, ilklərə imza atdı
İspaniya La Liqasında “Barselona” doğma meydanda “Vilyarreal”ı qəbul edib və qarşılaşma kataloniyalıların 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Aut.az xəbər verir ki,mMatçın əsas qəhrəmanı olan 18 yaşlı ulduz vinger Lamin Yamal olub. O, bu görüşdə het-trik edərək komandasına üç xal qazandırıb. Bu, gənc futbolçunun peşəkar karyerasında ilk het-triki kimi tarixə düşüb.
Bu oyun həm də bir sıra rekordlarla yadda qalıb. “Opta”nın statistikasına görə, Yamal XXI əsrdə Avropanın top-liqalarında 19 yaşı tamam olmamış 25 qol həddinə çatan ilk futbolçu olub. Hazırda onun İspaniya çempionatında keçirdiyi 95 oyunda 26 qolu var.
Aut.az
