İspaniya

“Barsa”nın ulduzu irqçiliklə mübarizə yolunu göstərdi

“Barselona”nın vingeri Rafinya Dias futbolda irqçiliklə mübarizə aparmaq üçün görülə biləcək işlərdən danışıb.

Aut.az xəbər verir ki, Rafinya “Sizcə, irqçiliyin kökünü kəsmək üçün futbolda başqa nəsə etmək olarmı?” sualına belə cavab verib:

“Bəli, daha çox şey etmək olar. İrəliləyiş əldə olunub, lakin stadionlarda irqçilik hələ də mövcuddur və bu qəbuledilməzdir.

Daha sərt tədbirlər, daha sərt cəzalar və hər şeydən əvvəl təhsil lazımdır. Bu, təkcə sanksiyalarla bağlı deyil, həm də düşüncə tərzini dəyişdirmək, gənc yaşdan maarifləndirmək, irqçiliyin futbolda və ya cəmiyyətdə yeri olmadığını göstərməkdir.

Biz oyunçular olaraq fikirlərimizi bildirməkdə mühüm rol oynayırıq, lakin bu, bizim ümumi mübarizəmizdir”.

Aut.az