Razılaşdılar – Münaqişə bitdi
“Maklaren” ispan pilotu Aleks Palounun müqaviləni pozması ilə bağlı “IndyCar”da yarışan “Çip Qqnassi” komandası ilə razılığa gəldiyini açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə “Çip Qqnassi” komandası məlumat yayıb?
“Geriyə baxanda ümid edirik ki, Aleks özünü yaxşı insanlarla əhatə etməyin vacibliyini başa düşüb. O, 2023-cü il hadisələrinin bir daha baş verməməsi üçün məhz bunu edir.
Bunu geridə qoymaq və həyəcanlı “IndyCar” mövsümünün nə olacağına tam diqqət yetirmək imkanı verdikləri üçün Zak Braun və “Maklaren”ə təşəkkür etmək istəyirik”.
Xatırladaq ki, məhkəmə Palounun “Maklaren”ə 12 milyon dollar ödəməsi ilə bağlı hökm çıxarmışdı.
Aut.az
