Usik nəyə işarə edir? – Böyük bir şeyə hazırlaşıram
WBC, WBA və IBF versiyaları üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik idmandakı gələcəyi ilə bağlı vacib hadisəyə işarə edən açıqlama verib.
Aut.az xəbər verir ki, 39 yaşlı məğlubiyyətsiz ukraynalı boksçu sosial şəbəkə hesabında belə yazıb: “Tələsmirəm, amma böyük bir şeyə hazırlaşıram”.
Bundan əvvəl Usikin “Zuffa Boxing” ilə müqavilə imzaladığı barədə məlumat yayılmışdı. Bu promouter şirkəti Dana Uayt və Səudiyyə Ərəbistanının Əyləncə üzrə Baş İdarəsinin rəhbəri Turki Al aş-Şeyx tərəfindən yaradılıb.
Usik son döyüşünü 2025-ci ilin iyulunda keçirib. O, həmin qarşılaşmada Daniel Dubuanı beşinci raundda nokaut edib.
Aut.az
