Basketbol

Azərbaycan millisinin yekun heyəti bəlli oldu

Basketbol üzrə Azərbaycan millisinin Avropa çempionatının ilkin təsnifat mərhələsində İrlandiya ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.

Aut.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, sabah reallaşacaq görüşdə 12 basketbolçuya şans veriləcək.

Səfər matçı üçün heyətə Emmanuel Aqbason, Vesli Van Bek , Ulaş Turqut, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı və Şirzad Şirzadov daxil edilib.

İrlandiya – Azərbaycan qarşılaşması fevralın 27-də, Dublindəki “National Basketball Arena”da, saat 23:30-da başlayacaq.