“Real” Arda ilə bağlı paylaşım etdi
“Real Madrid” sosial mediada xüsusi bir mesaj paylaşıb.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi Arda Güler çərşənbə günü 21 yaşını qeyd edir.
“Ad günün mübarək, Arda Gülər!”, – deyə “Real”ın mətbuat xidmətinin açıqlamasında bildirilir.
Arda Gülər 2023-cü ilin yayında “Real Madrid”ə qoşulub. O vaxtdan bəri yarımmüdafiəçi 99 oyunda iştirak edib, 15 qol vurub və 23 məhsuldar ötürmə edib.
Aut.az
