Hockey

ABŞ millisi Olimiya çempionluğu üçün qəpik-quruş alacaq

2026-cı il Qış Olimpiadasının kişilər arasında xokkey turniri Kanada və ABŞ milliləri arasında keçirilmiş final matçı ilə başa çatdı.

Aut.az xəbər verir ki, amerikalılar 2:1 hesabı ilə qələbə qazanıb. Bu qələbə üçün hər bir oyunçu 38 min dollar miqdarında mükafat alacaq.

Kanadalılar isə gümüş medallar üçün 11 min dollar qazanacaqlar.

Aut.az