Hockey

Üzünə şayba dəydi, xəstəxanalıq oldu – VİDEO

“Winnipeg Jets” komandasının hücumçusu Vladislav Namestnikov “Kolorado Avalanche” ilə NHL-in pley-off seriyasının dördüncü oyununda üzünə şayba dəydikdən sonra xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, rusiyalı hokkeyçi Neyt Şmidtin atışından sonra şayba Namestnikovun başına dəyib. O, buzun üstünə yıxılıb. Komandanın işçiləri qaçaraq rusiyalıya ayağa qalxıb kənara çıxmağa kömək ediblər. Ona dərhal ilkin tibbi yardım göstərilib.

“Jets” oyunçusu Mark Şeyfele bunun qorxulu olduğunu söyləyib. “Heç kim heç vaxt bu qədər qan görmək istəməz, xüsusən də komandanızdan biri olduqda”.

Bazar günü keçirilən qarşılaşmalarda bu, yeganə belə hadisə deyildi. “Nashville Predators”un kapitanı Roman Cosi və “Vancouver Canucks”ın müdafiəçisi Teylir Myersin də sifətinə şayba dəyib. Ancaq onlar meydana qayıda bilib.

Aut.az