“Marsel” Həbibə tapşırıldı
Həbib Beye rəsmi olaraq “Marsel”in yeni baş məşqçisi təyin edilib.
Aut.az xəbər verir ki, “RMC Sport”un məlumatına görə, əvvəllər “Renn”i çalışdırmış 48 yaşlı seneqallı ilə 2027-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.
“Marsel”in baş məşqçisi vəzifəsi 11 fevralda italiyalı Roberto De Zerbinin vəzifəsindən kənarlaşdırılmasından sonra boş qalmışdı. Bu qərar PSJ-yə 0:5 hesablı məğlubiyyətdən sonra verilib.
Qeyd etmək lazımdır ki, Həbib Beye 2003-cü ildən 2007-ci ilə qədər “ağ-göylər”də çıxış edib və 174 oyun keçirib.
Aut.az
