Boks

Amerikalılar “ilin boksçusu” onu seçdilər

Beş çəki dərəcəsində məğlubiyyətsiz dünya çempionu, amerikalı Terens Krouford (42-0, 31 KO) Amerika Boks Yazarları Assosiasiyası (BWAA) tərəfindən 2025-ci ilin ən yaxşı boksçusu seçilib.

Aut.az xəbər verir ki, namizədlər arasında rusiyalı Dmitri Bivol, yaponiyalı Naoya İnoue, amerikalı Cessi Rodrigez və puerto-rikolu Rene Santyaqo da olub.

Terens Kroufordun 38 yaşı var. Amerikalı peşəkar debütünü 2008-ci ildə edib. O, 61,2 kq-a qədər, 63,5 kq-a qədər, 66,7 kq-a qədər, 69,9 kq-a qədər və 76,2 kq-a qədər çəki dərəcələrində dünya çempionu olub.

Aut.az