Digər

Ukrayna Paralimpiya Oyunlarını boykot edəcək: Ruslara görə

 Ukraynanın gənclər və idman naziri Matvey Bednıy, 2026-cı il Paralimpiya Oyunları təşkilatçılarının ruslar  və belarusların milli bayraqları altında yarışmasına icazə vermək qərarına cavab olaraq Ukraynanın planlarını izah edib.

Aut.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukrayna rəsmiləri Paralimpiya Oyunlarına qatılmayacaqlar. Ukrayna da Açılış Mərasimində iştirak etməyəcək və digər rəsmi Paralimpiya tədbirlərini boykot edəcək.

“Paralimpiya Oyunları təşkilatçılarının rusiyalılar və belarusluların milli bayraqları altında yarışmasına icazə vermək qərarına cavab olaraq, Ukrayna rəsmiləri Paralimpiya Oyunlarına qatılmayacaqlar

Rəsmi Paralimpiya tədbirlərini də görməzdən gələn azad dünyanın hər bir rəsmisinə təşəkkür edirik. Mübarizəni davam etdiririk!” – deyə nazir yazıb.

Milan-Kortina Qış Paralimpiya Oyunları 6-15 mart tarixlərində keçiriləcək.

Aut.az