İtaliya

Qalmaqallı oyunun baş hakimi ölümlə təhdid olunur: Polisə müraciət etdi

Futbol hakimi Federiko La Pennanın təhdidlərdən sonra polisə müraciət etdiyi bildirilir.

Hakim Seriya A-nın 25-ci turunda (3-2) “İnter” və “Yuventus” arasında keçirilən oyunu idarə edib. O, 42-ci dəqiqədə “İnter”in müdafiəçisi Alessandro Bastoninin simulyasiyasına aldanaraq “Yuventus”un müdafiəçisi Pyer Kalulu meydandan qovub.

Aut.az xəbər verir ki, oyundan sonra hakim sosial mediada təhqirlərə məruz qalıb və ölüm təhdidləri alıb. Daha sonra La Penna Roma polisinə şikayət etmək qərarına gəlib. Polis araşdırmaya başlayıb.

Aut.az