Qaydasız döyüş

Həbib BƏƏ-də milyonlar qazanır

Keçmiş UFC çempionu və hazırda Şöhrət Zalının üzvü olan qarışıq döyüş növləri ustası Həbib Nurməhəmmədov BƏƏ-də investor fəaliyyəti ilə məşğul olmaq üçün Rusiyadakı bizneslərindən imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Mənbənin məlumatına görə, KHABIB GYM idman zalları şəbəkəsinin illik mənfəəti təxminən 6 milyon dollar təşkil edib. Onun Birləşmiş Ərəb Əmirliklərində ümumi illik gəliri isə təxminən 46 milyon dollar qiymətləndirilir.

Həbib Nurməhəmmədovun 37 yaşı var. Döyüşçü UFC-də debütünü 2012-ci ildə edib, 2018-ci ildə yüngül çəkidə (70 kq-a qədər) təşkilatın çempionu olub və bundan sonra titulunu üç dəfə qoruyub. O, 2020-ci ildə peşəkar karyerasını başa vurub.

Aut.az