İngiltərə

Van Deyk Salah haqda: Getməsini istəyir, yoxsa…

“Liverpul”un kapitanı Vircil van Deyk hücumçu Məhəmməd Salahın gələcəyi ilə bağlı danışıb.

Aut.az xəbər verir ki, misirli futbolçunun bu yay Səudiyyə Ərəbistanı klubuna keçə biləcəyi ilə bağlı şayiələr yayılıb.

BBC van Deykdən sitat gətirib: “Salah mənimlə eyni vəziyyətdədir – müqaviləsinin bitməsinə daha bir il qalıb, ona görə də görəcəyik. Onun qalmasını istəyirəm, çünki o, mənim yaxşı dostumdur.

Biz illərdir birlikdə enişli-yoxuşlu dövrlərdən keçmişik”.

Məhəmməd Salah iyun ayında 34 yaşına çatır. Nüfuzlu “Transfermarkt” portalının mütəxəssisləri misirli futbolçunu 30 milyon avro dəyərində qiymətləndirirlər.

Aut.az