İngiltərə

Əfsanə xəstəxanaya yerləşdirildi

İngiltərə millisinin əfsanəvi futbolçusu Pol Qaskoyn təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Aut.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Tottenhem” və İngiltərə millisinin 58 yaşlı sabiq oyunçusu cümə axşamı axşam saatlarında dostu tərəfindən evindəki yataq otağında yarıhuşsuz vəziyyətdə tapılıb. Qaskoynun dostu və şəxsi köməkçisi Stiv Foster onu dərhal xəstəxanaya çatdırıb və futbolçu reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlərə əsasən, futbol əfsanəsinin vəziyyəti sabitləşib. Hazırda Pol Qaskoyn həkim nəzarəti altındadır və bir neçə gün xəstəxanada qalaraq müalicəsini davam etdirəcək.

Stiv Foster dəstəyə görə hər kəsə təşəkkür edib. O, bildirib ki, Pol Qaskoyn köhnə dostlarının ona göstərdiyi diqqəti və sağalma arzularını çox dəyərləndirir. “Hazırda Polun xəstəxanada olması onun üçün ən doğru yerdir”, – deyə Foster qeyd edib.

Aut.az