Tennis

Həmin məğlubiyyət ona çox şey öyrədib

İtaliyalı tennisçi və dünya reytinqinin iki nömrəsi Yannik Sinner Avstraliya Açıq Çempionatının yarımfinalında əfsanəvi serbiyalı Novak Cokoviçə məğlub olması barədə danışıb.

24 yaşlı italiyalı 38 yaşlı Cokoviçə beş setdə – 6:3, 3:6, 6:4, 4:6, 4:6 hesabı ilə uduzub.

Aut.az xəbər verir ki, Sinner mətbuat konfransında bildirib:

“Djokoviçə məğlubiyyət mənə çox şey öyrətdi. Hər ikimiz üçün əla matç idi. Şanslarım var idi, amma bəzən işlər gözlənildiyi kimi getmir, amma bu, idmandır. Hazırda oyunumuzda kiçik düzəlişlər edirik və onların mənimsənilməsi üçün vaxt lazımdır, amma müsbət reaksiya alıram. Unutmamaq vacibdir ki, bəzən məğlubiyyət də normaldır.

Mən bunu çox yaxşı qarşıladım. 24 yaşım var və dünyanın istənilən yerində yaxşı tennis oynamaq istəyirəm, vəssalam. Bəzən uduzmaq normaldır. Son iki ildə Alkaras ilə etdiklərim çox diqqət çəkib. Məhz belədir. İndi yenidən hadisələrin gedişatına qayıtmağa, turnirin təzyiqini yenidən hiss etməyə çalışacağam və görəcəyik nə olacaq.

Söhbət təkcə texnikadan deyil, həm də taktika və psixologiyadan gedir. Təkmilləşdirə biləcəyim bir çox şey var, amma yalnız Novak Cokoviçə uduzmağım səbəbindən problemlər üzərində dayanmamalıyam. Nəticəni qəbul etmək asan olmasa da, çox yaxşı bir matç idi”.

Aut.az