Almaniya

“Bayern” 70 milyonluq futbolçunu saxlaya bildi – Foto

“Bayern” mərkəz müdafiəçisi Dayot Upamekano ilə müqavilənin müddətini uzadıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransız futbolçunun yeni müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Onun hazırkı müqaviləsi bu yay başa çatırdı və klub dünyanın ən bahalı müdafiəçilərindən birini saxlaya bildi.

Dayot Upamekano 2021-ci ilin yayında “Leypsiq”dən 42,5 milyon avroya transfer olunub. Qvineya əsilli fransız bu mövsüm 28 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” Upamekanonu 70 milyon avroya qiymətləndirir və 27 yaşlı futbolçunu dünyanın ən bahalı 10 mərkəzi müdafiəçisi arasında yerləşdirib.

Aut.az

"Bavariya" vitse-dünya çempionu ilə 70 milyon avro dəyərində müqaviləni uzadıb.