İspaniya

“Real”ın paltardəyişmə otağında mübahisə

La Liqanın son turunda “Levante” ilə oyunun fasiləsində “Real Madrid”in paltardəyişmə otağında iki ulduz futbolçu arasında mübahisə baş verib.

Aut.az xəbər verir ki, deyilənə görə, “Real Madrid” oyunçularından biri digərinə deyib: “Qol vursan da, yaxşı oynamırsan”.

Oyunçuların adları açıqlanmır. “The Touchline” qəzeti “El Chiringuito” verilişində tez-tez çıxış edən jurnalist Juanfre Sanza istinadən məlumat yayıb ki, mübahisə gərginliyə səbəb olub.

“Real Madrid” və “Levante” komandaları yanvarın 17-də qarşılaşıblar. İlk hissədə qol vurulmayıb, lakin fasilədən sonra Kilian Mbappe (penalti) və Raul Asensionun qolları sayəsində “Real” 2-0 hesabı ilə qalib gəlib.

Aut.az