Onu da qovdular: Bir mövsümdə üçüncü “qurban” oldu
“Nottingem Forest”in mətbuat xidməti baş məşqçi Şon Dayçın vəzifəsindən azad edilməsi ilə bağlı bəyanat yayıb.
Aut.az xəbər verir ki, ingilis mütəxəssis cari mövsümdə klub tərəfindən istefaya göndərilən üçüncü məşqçi olub.
Dayçın rəhbərliyi altında komanda Premyer Liqada ardıcıl üç oyunda qələbə qazana bilməyib – “Lids”ə məğlub olub, “Vulverhempton” və “Kristal Pelas”la heç-heçə edib. Bununla yanaşı, “Nottingem” onun rəhbərliyi ilə Avropa Liqasında 1/16 final mərhələsinə yüksəlib.
Xatırladaq ki, əvvəlcə Nunu Santu komandanı tərk edib, onun yerinə Ange Postekoqlu təyin olunub. 2025-ci ilin oktyabrında isə Postekoqlunu Dayç əvəzləyib.
Aut.az
