Agenti Endrikin gələcəyi haqda: Qərar verilib
Endrik bu qış icarə əsasında “Real Madrid”dən “Lion”a keçdi. Gənc braziliyalı oyunçu dərhal Fransada yaxşı təsir bağışladı və klubun icarə müddətini uzatmaq istədiyi barədə şayiələrə səbəb oldu.
Lakin, görünür, “Real” 19 yaşlı futbolçunu geri qaytarmağa hazırdır.
Aut.az xəbər verir ki, bu barədə onun agenti danışıb.
“Qərar verildi: Endrikk mövsümün sonunda “Real”a qayıdacaq. Bu, almaq seçimi olmayan icarə müqaviləsidir, ona görə də o, geri qayıdacaq. Növbəti mövsüm nə olacaq? Mən falçı deyiləm, amma bir şey dəqiqdir: Endrik yayda yenidən “Real”ın oyunçusu olacaq”, – “Transfer News Live” agentin sözlərini sitat gətirib.
Endrik “Lion”un heyətində altı oyunda beş qol vurub və bir məhsuldar ötürmə edib.
Aut.az
