Dünya futbolu

“Əl-Nəsr” Ronaldonun iki tələbini yerinə yetirib

Kriştiano Ronaldo boykota son qoyduğu barədə məlumat vermişdik.

Portuqaliyalı futbolçunun bu həftə sonu Səudiyyə Ərəbistanı Premyer Liqasında “Əl-Fateh”ə qarşı keçiriləcək oyunda oynayacağı gözlənilir.

Aut.az xəbər verir ki, “A Bola”nın məlumatına görə, portuqaliyalı ulduzun təzyiqi altında “Əl-Nəsr” rəhbərliyi iki tələbi yerinə yetirib. Birincisi, Ər-Riyad klubu işçilərə ödənilməmiş əmək haqqını hesablayıb.

İkincisi, Ronaldonun idman departamentindəki yaxın adamları Joze Semedu və Simao Kontinyo yenidən vəzifələrinə qaytarılıblar. Əvvəllər bu iki məmurun qış transfer kampaniyasında əhəmiyyətli rol oynamasına icazə verilmirdi.

Aut.az