Etiraf: Orada cəhənnəm yaşadıq
“Əl-Hilal”ın hücumçusu Neymar maraqlı açıqlama ilə gündəmə gəlib.
Aut.az xəbər verir ki, o, sabiq komanda yoldaşı Lionel Messiylə birlikdə Paris klubunda yaşadıqlarını danışıb:
“Onun ilini necə bitirdiyini görəndə çox sevindim. Amma eyni zamanda medalın digər tərəfində yaşananlar üçün çox kədərləndim. Argentina millisi ilə istəyinə çatdı, son illərdə istədiyi hər şeyi qazandı. PSJ ilə cəhənnəm yaşadı. Bəli, biz cəhənnəmdə yaşayırdıq, o da, mən də.
Messi PSJ-dən futbol baxımından layiq olduğu şəkildə ayrılmadı . Kimliyindən asılı olmayaraq, bu, məşq edən, döyüşən, uduzanda əsəbiləşən oğlandır. Məncə, onu ünvanına səslənən ittihamlar nahaqdır. Mən çox şadam ki, o, dünya çempionu oldu. Messi karyerasına belə bir formada yekun vurmağa layiq idi”.
Qeyd edək ki, hər iki futbolçu mövsümlərarası fasilədə PSJ-dən ayrılıb. Messi “İnter Mayami”yə, Neymar isə Səuddiyə Ərəbistanına üz tutub.
