Azərbaycan parabadmitonçuları ilk dəfə iki kateqoriyada mübarizə aparacaqlar
Azərbaycan parabadmintonçuları Bəhreynin paytaxtı Manama şəhərində keçiriləcək dünya çempionatında ilk dəfə iki kateqoriyada mübarizə aparacaqlar.
Aut.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kişilər arasında İbrahim Əliyev (SU-5) fərdi yarışda qüvvəsini sınayacaq.
Qadınlardan isə Zəhra Salmanlı və Nərmin İsgəndərova (hər ikisi SH-6) həm fərdi, həm də qoşa yarışlarda mübarizə aparacaqlar.
Qeyd edək ki, fevralın 8-dən 14-dək davam edəcək yarışda paralimpiyaçılarımız baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında mübarizə aparacaqlar.
