Qullit kimi nəzərdə tutur? – O, “Mançester Yunayted”in baş məşqçisi olsa, əla olardı
Niderland futbolunun əfsanəsi Ruud Qullit hesab edir ki, “Mançester Yunayted”in sabiq hücumçusu Robin van Persi gələcəkdə klubun baş məşqçisi ola bilər.
Aut.az xəbər verir ki, onun fikrincə, sabiq hücumçunun “qırmızı şeytanlar”ı idarə etmək potensialı var:
“Gələcəkdə Robin van Persinin “Mançester Yunayted”in baş məşqçisi olması əla olardı. Ümid edirəm ki, bu nə vaxtsa baş verəcək. Robin çox yaxşı məşqçidir, amma hazırda “Feyenoord”da bir az çətinlik yaşayır.
Düşünürəm ki, futbolçu karyerasına görə ondan gözləntilər çox yüksəkdir və buna görə də Erediviziyadakı digər məşqçilərlə müqayisədə daha çox diqqət mərkəzindədir.
Hazırda Niderlandla tənqid olunur, amma ümid edirəm ki, ona vəziyyəti düzəltmək və nə qədər yaxşı məşqçi olduğunu sübut etmək üçün vaxt veriləcək.
Ser Aleks Ferqyusonla “Mançester Yunayted”də baş verənlərə baxın, klubu onu saxladı və nəticədə onun nə qədər böyük məşqçi olduğu ortaya çıxdı.
Uzunmüddətli perspektivdə isə Robin van Persinin bir gün “Old Trafford”da baş məşqçi olması çox gözəl olardı”.
Qeyd edək ki, hazırda “qırmızı şeytanlar”a müvəqqəti əsaslarla Maykl Kerrik rəhbərlik edir.
2013-cü ildə “Mançester Yunayted”lə Premyer Liqa çempionluğu qazanan Van Persi hazırda “Feyenoord”un baş məşqçisidir, lakin Erediviziyada müəyyən çətinliklərlə üzləşir.
Aut.az
