İspaniya

Messi prezident seçkilərində kimi dəstəkləyəcək?

Lionel Messi “Barselona” prezidentliyinə seçkilərdə heç bir namizədi dəstəkləməyəcək.

Aut.az “Marca”ya istinadla xəbər verir ki, Messi mart seçkilərindən məsafə saxlayır. Eyni zamanda, Messinin hansısa rolda “Barselona”ya qayıtmaqda qərarlı olduğu vurğulanır. Hazırda 38 yaşlı Lionel “İnter Mayami”də oynamağa diqqət yetirir.

Yeni MLS mövsümünün başlamasına çox az qalıb. Bu payız Messi “İnter Mayami” ilə 2028-ci ilin sonuna qədər qüvvədə olacaq yeni müqavilə imzalayıb.

Xatırladaq ki, Leo Messi 2021-ci ildə “Barselona”dan ayrılıb. Kataloniyalılar maliyyə çətinlikləri üzündən argentinalı ilə müqaviləni yeniləyə bilməyiblər.

Aut.az