Digər

Qlobal istiləşmə: BOK Olimpiya Oyunlarının tarixini dəyişir?

Beynəlxalq Olimpiya Komitəsi iqlim dəyişikliyi və pisləşən hava şəraiti fonunda növbəti Qış Olimpiya Oyunlarının yanvar ayında keçirilməsi imkanlarını müzakirə edir.

Aut.az xəbər verir ki, bu barədə təşkilatın Milanda keçirilən iclasından sonra BOK-un prezidenti Kirsti Koventri bildirib .

Onun sözlərinə görə, tarixlərin təxirə salınması təşəbbüsü işçi komitəsinin üzvlərindən biri tərəfindən irəli sürülüb. Əsas səbəb qlobal istiləşmədir ki, bu da yarışların ənənəvi fevral tarixlərində keçirilməsi şərtlərinə getdikcə daha çox təsir göstərir.

BOK hazırda mart ayında – bir çox bölgələrdə hava şəraitinin artıq qış idman növləri üçün uyğun olmadığı dövrdə keçirilən  Paralimpiya Oyunlarına xüsusi diqqət yetirir.

Aut.az