İngiltərəAlmaniya

Rahim naçar qalıb: Alman klubu da “yox” dedi

“Çelsi”nin keçmiş hücumçusu Rahim Sterlinq “Union Berlin”ə təklif olunub.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq məlumat verib.

Mənbənin məlumatına görə, bir neçə gün əvvəl “Union” “Çelsi” ilə müqaviləsini ləğv edən 31 yaşlı Sterlinqlə müqavilə imzalamaq təklifi alıb.

Lakin Almaniya klubunun danışıqlara başlamaqdan imtina etdiyi bildirilir. Sterlinq hələ də yeni klub axtarışındadır və azad agent kimi transfer pəncərəsindən kənarda istənilən komanda ilə müqavilə imzalamaqda sərbəstdir.

Sterlinq 2022-ci ildən “Çelsi”də oynayır. Bu müddət ərzində o, 81 oyunda meydana çıxıb, 19 qol vurub və 15 məhsuldar ötürmə edib.

Aut.az