MY ulduz futbolçuya əvəzləyici tapdı: 60 milyona
“Mançester Yunayted” “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uortonu 33 yaşlı Kazemironun ideal əvəzləyicisi kimi görür.
Aut.az xəbər verir ki, 21 yaşlı braziliyalı futbolçunun mövsümün sonunda London klubunu tərk edəcəyi gözlənilir. Bu barədə “Caught Offside” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızı şeytanlar” Uortonla yay transfer pəncərəsinin sonlarında maraqlanıblar, lakin həmin vaxt “qartallar” onun keçidini 100 milyon funt sterlinq (€116 milyon) qiymətləndiriblər. Bununla belə, qışda qiymətin təxminən 60 milyon funt sterlinqə (€69,6 milyon) enəcəyi ehtimal olunur.
Uorton 2024-cü ilin fevralından “Kristal Pelas”ın heyətində çıxış edir. Bu müddətdə yarımmüdafiəçi bütün turnirlərdə 49 oyunda iştirak edib və 6 qol ötürməsi ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt”ın təqdim etdiyi məlumata əsasən, onun bazar dəyəri 45 milyon avrodur.
Aut.az
