Azərbaycan klubunda yeni müqavilə
Azərbaaycanın I Liqa klubu “Şahdağ Qusar” Kvaku Adjei ilə müqavilənin müddətini artırıb.
Aut.az xəbər verir ki, 19 yaşlı qanalı müdafiəçi 2026/27 mövsümünün sonuna qədər komandanın formasını geyinəcək.
Bundan əvvəl vətənində “Charity Stars” klubunda oynayan gənc futbolçu 2025-ci ilin noyabrından Azərbaycan təmsilçisində çıxış edir.
