Azərbaycan Rusiyanı ötdü: “Qarabağ”ın sayəsində
“Qarabağ”ın bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Shelburn” üzərində qazandığı 1:0 hesablı qələbə sayəsində Azərbaycan UEFA-nın ölkə reytinqində 0,250 xal əldə edib.
Aut.az xəbər verir ki, hazırda ölkəmizin ümumi xalı 18,375-ə çatıb. Bu nəticə ilə Azərbaycan 29-cu pillədən 28-ci yerə yüksələrək Rusiyanı (18,299) geridə qoyub.
Bundan əlavə, Azərbaycan 27-ci pillədəki Ukraynanı da (18,725 xal) geridə qoymaq şansı əldə edib. Bunun üçün bu gün UEFA Konfrans Liqasındakı təmsilçilərimizin – “Zirə”, “Araz-Naxçıvan” və “Sabah”ın uğurlu çıxış etməsi və sözügedən ölkənin klublarının uğursuz olması lazımdır.
Xatırladaq ki, Rusiya klubları 2022/23 mövsümündən bəri avrokuboklarda iştirak etmir. Buna baxmayaraq, UEFA mövsümün sonunda Rusiyanınn hesabına 4,333 xal əlavə edir.
Aut.az
