İngiltərə

Salah indi də anti-rekordla yadda qalır

“Liverpul”un hücumçusu Məhəmməd Salahın geriləməsi onun statistikasında da əks olunur. Misirli futbolçu ötən mövsüm Premyer Liqanın ən çox qol vuran və ən çox məhsuldar ötürmə verən oyunçusu olub, eyni zamanda mövsümün ən yaxşı oyunçusu seçilib.

Aut.az xəbər verir ki, 2025/26 mövsümündə vəziyyət pisdir və 33 yaşlı futbolçunun zəif forması Arne Slutun komandasının problemlərinin səbəblərindən biri hesab olunur.

Məşhur statistika portalı “WhoScored”a görə, Salah İngiltərə Premyer Liqasında yeni anti-rekord müəyyənləşdirib: onun orta reytinqi ötən mövsümlə müqayisədə təxminən bir xal azalaraq 7.61-dən 6.74-ə düşüb.

Bu, liqada ən azı on oyun keçirmiş bütün futbolçular arasında ən kəskin düşüşdür. Məhəmməd Salah cari mövsümdə Premyer Liqada 15 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Aut.az