Avropa Liqası: “Fənərbağça”nın pley-offdakı rəqibi müəyyənləşdi
UEFA Avropa Liqasının pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.
Aut.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.
Pley-off-da aşağıdakı cütlər üz-üzə gələcək:
“Fənərbaxça” (Türkiyə) – “Nottinqem” (İngiltərə)
“Panatinaikos” (Yunanıstan) – “Viktoriya” (Plzen, Çexiya)
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Genk” (Belçika)
“Seltik” (Şotlandiya) – “Ştutqart” (Almaniya)
“Brann” (Norveç) – “Bolonya” (İtaliya)
PAOK (Yunanıstan) – “Selta” (İspaniya)
“Lill” – “Srvena Zvezda” (Serbiya)
Pley-off mərhələsinin oyunları fevralın 19 və 26-da keçiriləcək.
