Dünya futbolu

Çin futbolunda korrupsiya qalmaqalı: Bu komandaların 10 xalı silindi

Rusiyalı məşqçi Leonid Slutskinin rəhbərlik etdiyi “Şanxay Şenxua”nın 10 xalı silinib.

Aut.az xəbər verir ki, komanda 2026-cı il Çin Super Liqasına mənfi 10 xalla başlayacaq. Bu barədə “Global Times” qəzeti məlumat yayıb.

Korrupsiyaya qarşı mübarizə araşdırmasının bir hissəsi olaraq klub həmçinin bir milyon yuan (təxminən 143.000 dollar) cərimə olunub. “Şanxay Şenxua” ilə yanaşı, “Tiancin Kinmen Tiger” də eyni cəzanı alıb.

Ümumilikdə 11-13 Super Liqa klubu cəzalandırılıb və danışılmış oyunlar və korrupsiya ilə bağlı qayda pozuntularına görə 3-10 xal itirib.

Çin Futbol Assosiasiyası (CFA), CFA-nın keçmiş prezidenti Çen Xuyuan (2024-cü ildə ömürlük həbs cəzasına məhkum edilib) və milli komandanın keçmiş məşqçisi Li Tie də daxil olmaqla, 73 nəfəri futboldan ömürlük kənarlaşdırıb.

Aut.az