Avropa ÇempionatıDünya futbolu

Ronaldo Avro-2024-dən ayrıldıqdan sonra azarkeşlərə müraciət etdi

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yığmanın Avro-2024-dən ayrılmasından sonra azarkeşlərə müraciət edib.

Aut.az xəbər verir ki, o, özünün “İnstaqram” səhifəsində paylaşım edib.

“Biz daha çox istəyirdik. Daha yaxşısına layiqik. Bizə verdiyiniz hər şeyə və indiyə qədər əldə etdiklərimizə görə minnətdarıq. Meydanda və meydandan kənarda əminəm ki, bu miras hörmətlə qarşılanacaq və üzərində qurulacaq”, – deyə 39 yaşlı superulduz yazıb.

Qeyd edək ki, Portuqaliya 1/4 finalda Fransaya penaltilər seriyasında uduzaraq turnirlər vidalaşıb.

Aut.az