Dünya futbolu

Xəstəxanaya yerləşdirilən Luçeksudan xəbər var

Rumıniya milli komandasının baş məşqçisi Mirça Luçesku xəstəxanadan buraxılıb.

Aut.az xəbər verir ki, bu barədə GSP nəşri məlumat yayıb.

Mütəxəssis əvvəlcə aritmiya səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Daha sonra vəziyyət qrip və yüksək hərarət fonunda ağırlaşıb.

Bu gün, yanvarın 28-də Luçesku xəstəxanadan evə buraxılıb. Bununla belə, o, həkimlərin nəzarəti altında qalacaq və xarici mütəxəssislər tərəfindən kompleks müayinədən keçmək imkanını da nəzərdən keçirir.

Xatırladaq ki, hazırda 80 yaşlı Luçesku Rumıniya milli komandasını çalışdırır. O, bu vəzifəyə 2024-cü ilin avqustunda təyin olunub. Komandası DÇ-2026-ya vəsiqə üçün martın 26-da Türkiyə ilə pley-off mərhələsinin yarımfinalında üz-üzə gələcək.

Aut.az