İtaliyada əfsanələrin görüşü – FOTO
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko karyerası ərzində birlikdə oynadığı əfsanəvi italyan futbolçularla görüşüb.
Aut.az xəbər verir ki, 2004-cü il “Qızıl top” mükafatının qalibi görüşdən fotoları İnstaqram səhifəsində paylaşıb.
Şəkillərdə “Milan”ın əfsanələri Mauro Tassotti, Paolo Maldini və keçmiş vitse-prezident Adriano Qalliani də var. DÇ-2006-nın çempionu Luka Toni də UAF prezidenti ilə selfi çəkdirib.
Şevçenko paylaşımın altına “Bu gün Milanda. Dostlarımla görüşdüyüm üçün şad oldum”, – deyə şərh yazıb.
Xatırladaq ki, Andrey Şevçenko 1999-2006 və 2008-2009-cu illərdə “Milan”da oynayıb. Ukraynalı hücumçu Çempionlar Liqasını, UEFA Super Kubokunu, Seriya A-nı, İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanaraq “rossoneri”nin əfsanəsinə çevrilib.
Aut.az
Посмотреть эту публикацию в Instagram
