Bu, sənin üçündür: Mbappe “Panenka zərbəsi”ni ona həsr edib – FOTO
Kilian Mbappe “Vilyarreal”la oyunda Brahim Diasa gözəl dəstək jesti edib.
Aut.az xəbər verir ki, “Real Madrid”in fransalı hücumçusu La Liqanın 21-ci turunun sonunda penaltini dəqiq yerinə yetirərək “Real”ın 2-0 hesablı qələbəsini təmin edib.
O, penaltini “Panenka zərəbəsi” ilə qola çevirib. Qoldan dərhal sonra Mbappe Brahim Diasa yaxınlaşıb, onu qucaqlayıb və deyib: “Bu, sənin üçündür”.
Bu anın konteksti aydındır: Dias Seneqala qarşı Afrika Millətlər Kubokunun finalında diqqət mərkəzində olmuşdu. 114-cü dəqiqədə mərakeşli penalti zərbəsini dəqiq yerinə yetirə bilmədi. Onun “Panenka zərbəsi”ni qapıçı dəf etdi.
Aut.az


