Dünya futbolu

Gökdeniz Karadeniz “Rubin”dən ayrıldı: Səbəb…

Türkiyəli mütəxəssis Gökdeniz Karadeniz müqaviləsinin müddətinin başa çatması səbəbindən “Rubin-2”nin baş məşqçi vəzifəsindən ayrılıb.

Aut.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Baş məşqçinin müvəqqəti səlahiyyətlərini Karadenizin köməkçilərindən olan Andrey Fedorov icra edəcək.

46 yaşlı türkiyəli mütəxəssis “Rubin”in bərpa edilmiş ikinci komandasına 2023-cü ilin iyulundan rəhbərlik edirdi. Bu müddət ərzində “Rubin-2” İkinci Liqada iki dəfə bürünc medal qazanıb.

Qeyd edək ki, “Rubin-2” Karadenizin məşqçilik karyerasında ilk təcrübəsidir. O, 2018-ci ildə “Rubin”də keçirdiyi 10 ildən sonra oyunçu karyerasını bitirib.