Qaydasız döyüş

Ona belə cavab verdi: Sənin ölkəndən xeyli əfsanəni döymüşəm

Keçmiş UFC çempionu Con Cons braziliyalı Aleks Pereyra  döyüşə eyham vurduqdan sonra ona cavab verib.

Aut.az xəbər verir ki, bundan əvvəl sosial şəbəkələrdə Pereyranın əvvəllər işlədiyi təkər mağazasına getdiyini əks etdirən video yayılıb. Mağazadakı təkərlərdən birinin üzərində “Cons növbətidir” sözləri yazılmışdı.

Cons sosial şəbəkədə paylaşdığı videoda ona belə cavab verib:

“Mən artıq sizin ölkənizdən bir çox əfsanəyə qalib gəlmişəm, dostum. Başa düşürəm ki, sən öz həmvətənlərinin qisasını almaq istəyirsən. Adınızı CV-mə əlavə etməkdən məmnun olaram, ona görə də nə arzu etdiyinizə diqqət edin. Şama”.

Aut.az