Səudiyyə klubu “Fənərbağça”nın təklifini rədd etdi
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu Türkiyənin “Fənərbağça” klubunun fransalı yarımmüdafiəçi N’Qolo Kante üçün göndərdiyi rəsmi təklifi rədd edib.
Aut.az xəbər verir ki, bu barədə Nikola Şira məlumat verib. Bildirilir ki, “pələnglər”in rəhbərliyi ulduz oyunçusu ilə ayrılmaq niyyətində olmadıqlarını açıq şəkildə bildirib. Baş məşqçi Sergio Konseysao Kanteni layihəsində əsas fiqur hesab edərək, mümkün satışa veto qoyub.
Kantenin Səudiyyə klubu ilə müqaviləsi cari 2025/26 mövsümünün sonuna qədərdir.
Aut.az
