İspaniya

Prezident maaşını açıqladı: Görün nə qədər qazanır

Xavyer Tebas La Liqanın prezidenti kimi aldığı maaşını açıqlayıb.

Aut.az xəbər verir ki, Tebas bu barədə İspaniya mətbuatına danışıb.

“İldə 5,4 milyon avro qazanmıram. Maaşım 3 milyon avrodan bir qədər çoxdur. Maaşımı klublar gizli səsvermə yolu ilə təyin edirlər.

Mən özümü MLS-də 25 milyon qazanan həmkarımla və ya NBA-da 60 milyon qazanan həmkarımla müqayisə edirəm.

Buna baxmayaraq, naşükür deyiləm, bu, ən vacib şey deyil”,   Tebas deyib.

Aut.az