“Barselona”da fikirlər haçalandı: Flik “getsin”, Deko isə “qalsın” deyir
Uruqvaylı müdafiəçi Ronald Arauxo “Barselona”nı tərk edə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik rəhbərlikdən 25 yaşlı futbolçunun satılmasını xahiş edib. Arauxo ilə bağlı bu mövqeyi “blauqrana”nın idman direktoru Deko da dəstəkləyir. Bununla belə, klubun prezidenti Xuan Laporta hələlik uruqvaylı müdafiəçinin üzərindən tam xətt çəkməyib.
Cari mövsümdə Ronald Arauxo klub səviyyəsində bütün turnirlərdə 16 matça çıxıb və bu oyunlarda iki qol vurub. Transfermarkt portalı futbolçunun bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
Aut.az
