“Barsa” “Real”ın istədiyi sənədləri vermədi: Şübhə var ki…
“Barselona”nın sabiq prezidenti Xosep Bartomeu “Neqreyra işi” ilə bağlı “Real”ın tələb etdiyi maliyyə sənədlərini təqdim etməkdən imtina edib.
Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Bartomeu vəkili vasitəsilə hakimə “Real”ın tələb etdiyi əlavə sənədləri verməkdən imtina edən ifadə verib. Keçmiş prezidentin sözlərinə görə, Madrid klubu bu sənədləri məhkəmə prosesi ilə əlaqəli olmayan məqsədlər üçün istifadə edə bilər.
Aut.az
