O, Merabla 10 döyüşün 10-unda da qalib gələr: Ömər kimi deyir?
Rusiyalı UFC döyüşçüsü Ömər Nurməhəmmədov rusiyalı Petr Yan və gürcüstanlı Merab Dvalişvili arasında mümkün trilogiyadan danışıb.
Aut.az xəbər verir ki, dekabr ayında Yan, Dvalişvilini yekdil qərarla məğlub edərək 2023-cü ilin mart ayındakı məğlubiyyətinin qisasını aldı.
“Merab altı ay fasilə verib Peterlə yenidən, yaxud daha on dəfə döyüşsə belə, Peter onu on dəfə məğlub edəcək. Əgər Peter bu dəfəki formasındadırsa, bu belədir. Çünki o, üstün döyüşçüdür.
Niyə belə deyirəm? Merab və onun keçdiyi yola hörmətlə yanaşıram. O, həqiqətən də əla oğlandır: tikinti sahəsindən çempiona çevrilib, bir çox yaxşı döyüşçünü məğlub edib. Nəticələrinə hörmətlə yanaşsaq, Petruxanın boksu daha yaxşıdır. Merabın güləşi daha yaxşıdır, amma onun hücum mübarizəsi yoxdur – tutmaq, bağlamaq, kürəyini götürmək. Buna görə də deyirəm ki, Petya 10 döyüşün hamısında qalib gələr”, – deyə “Udar TV”-yə verdiyi müsahibədə Ömər bildirib.
Ömər Nurməhəmmədov yanvarın 25-də Las-Veqasda (ABŞ) keçiriləcək UFC 324 turnirində braziliyalı Deiveson Fiqeredo ilə döyüşəcək.
Aut.az
