“Qalatasaray” – “Fənərbağça” oyununun başlama saatı dəyişdirildi
“Qalatasaray” və “Fənərbaxça” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun başlama saatı dəyişdirilib.
Aut.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Yanvarın 10-da baş tutacaq qarşılaşma qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
Daha əvvəl matçın saat 21:30-da başlanması nəzərdə tutulub.
