Boks

Turki Usik və Saulla problemlər yaşayır

2026-cı ilin başlanğıcı dünya boksunun ulduzlarından gözlənilməz siqnallar gətirib.

Aut.az xəbər verir ki, Aleksandr Usik, Saul Alvares və Devid Benavides getdikcə daha açıq şəkildə bildirirlər ki, yaxın vaxtlarda Səudiyyə Ərəbistanının promouteri Turki Al-Şeyxlə əməkdaşlıq etməyi və Ər-Riyadda döyüşməyə qayıtmağı planlaşdırmırlar. Bu da funksionerin meqa-döyüşlərin təşkili ilə bağlı gələcək planlarına təsir göstərə bilər.

38 yaşlı ukraynalı boksçu, indiyədək ağır çəkidə dünya çempionu titulunu ABŞ-də heç vaxt qorumaq imkanı əldə etməyib və döyüşünü Las-Veqasda və ya Nyu-Yorkda keçirməyi arzulayır.

Xarici KİV-in yazdığına görə, Usik karyerasının sonuna doğru yeni emosiyalar yaşamaq məqsədilə ABŞ-da Deontey Uaylderə qarşı döyüş variantını nəzərdən keçirir. Lakin bu planların Turki Al-Şeyxin razılığı olmadan gerçəkləşməsi son dərəcə çətin görünür.

Aut.az